02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Xəstəxana adı ilə tanışını Qaradağa aparıb öldürdü

Xəstəxana adı ilə tanışını Qaradağa aparıb öldürdü

Azərbaycanda iki il əvvəl törədilmiş qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, 2020-ci il mart ayının 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisindən kişi meyiti tapılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri ilə mərhumun Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Məmmədov olması məlum olub.

Araşdırmalarla məlum olub ki, Sabirabad rayon sakini Ümidvar İbişov və Xocalı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Əliyevin narkotik asılılığından əziyyət çəkən tanışları R.Məmmədovu xəstəxanaya yerləşdirmək adı ilə Qaradağ rayonu ərazisinə aparıblar. Orada avtomobilin salonunda Ü.İbişovun onu boğaraq öldürüb, cinayəti gizlətmək məqsədilə cəsədi İsmayıllı rayonunun Tubukənd kəndinə aparıb üstünə yanacaq tökərək yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Ü.İbişov və E.Əliyev polislər tərəfindən tutularaq istintaqa təhvil verilib.

Tarix: 31-05-2022, 10:24 Oxunub: 65


Bölməyə aid digər xəbərlər