21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Toyda dalaşan qohumlar pəncərədən yıxıldı

Toyda dalaşan qohumlar pəncərədən yıxıldı

Biləsuvarda dalaşan iki qohum pəncərədən yıxılaraq xəsarət alıb.

GununNebzi.az
xəbər verir ki, hadisə "Biləsuvar" şadlıq sarayında toy zamanı baş verib. Belə ki, Cəlilabad rayonunun Üçtəpə kənd sakinləri, Əli Əliyev və Anar Məmmədov şadlıq sarayının ikinci mərtəbəsində mübahisə ediblər. Dava zamanı pəncərəyə çırpılan qohumlar ikinci mərtəbədən aşağı düşüblər. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılar həkimlər tərəfindən müayinə olunub. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir. İlkin məlumata görə, artıq onlardan biri evə buraxılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev "Qafqazinfo"ya bildirib ki, faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Tarix: 24-06-2022, 11:37 Oxunub: 12


Bölməyə aid digər xəbərlər