21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Sosial yardım düzəltmək vədi ilə vətəndaşların pullarını ələ keçirdi

Sosial yardım düzəltmək vədi ilə vətəndaşların pullarını ələ keçirdi

Astarada 24 yaşlı oğlan sosial yardım düzəltmək adı ilə vətəndaşların pullarını ələ keçirib.

Rayon prokurorluğundan verilən məlumata görə, sakinlərin müraciətləri əsasında araşdırma aparılıb. Ərçivan qəsəbə sakini 1998-ci il təvəllüdlü Baykal Yaqubovun ayrı-ayrı vətəndaşlardan 2 min 550 manat pulu ələ keçirib dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifədə işləyən tanışları vasitəsilə onlara ünvanlı dövlət sosial yardımı təyin etdirəcəyi barədə yalan vədlər verib.

Faktla bağlı təkrar dələduzluq və rüşvət verməyə təhrik etmə ittihamları ilə cinayət işi başlanıb. İstintaq davam edir.

Tarix: 24-06-2022, 14:06 Oxunub: 10


Bölməyə aid digər xəbərlər