02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Əslində o məni söyməsəydi, öldürməyəcəkdim” - Əvəz Hafizlini öldürən əmisi oğlu

“Əslində o məni söyməsəydi, öldürməyəcəkdim” - Əvəz Hafizlini öldürən əmisi oğlu

Bakıda əmisi oğlu tərəfindən qətlə yetirilən bloqer Əvəz Şıxməmmədovla (Hafizli) bağlı məhkəmə araşdırması başlayıb.

GununNebzi.az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Məhkəmədə məlum olub ki, Əmrulla hadisədən 3 ay əvvəl Əvəzi öldürmək qərarına gəlib. Hadisə günü o Balaxanıda əmisi oğlunun işlədiyi dükana gedib ondan evdə kiminsə olub-olmadığını soruşub. Əmisi oğlu bildirib ki, Əvəz evdə təkdir. Əmrulla Güləliyev bundan sonra bıçağı götürüb xəbərsiz Əvəzgilə gedib. Onu həyətə çağırıb yerə yıxıb boğazına xəsarət yetirib. Daha sonra onun bədəninin müxtəlif istiqamətlərindən bir neçə buçaq vurub onu öldürüb. Daha sonra o polisə gedərək təslim olub.

Daha sonra təqsirlənisdirilən Əmrulla Güləliyev çıxış edib. O deyib ki, dəfələrlə Əvəz Hafizli ilə mübahisələri olub: "Əvəz ögey əmim oğlu idi. Nəslimizin adını batırırdı, əxlaqsızlıq edirdi. Dedim yolundan qayıt. Həmin gün də aramızda mübahisə yarandı. Onu öldürmək istəmirdim. Hər dəfə başa salırdım ki, yolundan qayıtsın. Hər dəfə deyirdim ki nəslimizin adını batırma. Həmin gün Əvəzgilə getdim, ona axırıncı xəbərdarlıq elədim ki, bu yoldan qayıdacaqsan. O isə mənə dedi ki, bu mənim sənətimdir. Mən də əsəbiləşdim, mətbəxdən bıçağı götürüb onu vurdum. Birinci həyətdə, sonra evdə bıçaqladım. Həmin vaxt özümdə deyildim. Əməlindən peşmanam, gərək öldürməyəydim. Onun başını kəsmək istəmirdim. Birinci o məni vurdu, mən də onu bıçaqla vurdum. Bıçaq boyun nayihəsinə dəydi. Əslində o məni söyməsəydi, öldürməyəcəkdim".

Məhkəməyə dəvət olunan zərərçəkmiş Əvəz Hafizinin hüquqi varisi olan anası Cəmalə Şıxməmmədova isə bildirib ki, Əmrullanın Əvəzıi qətlə yetirməsini rayonda olarkən eşidib:"Mən onu öz balamdan ayırmamışam. Əvəz yaxşı uşaq idi. Əmrulla ilə danışmırdı. Əvəzin geyimində fərq var idi. Bu biri uşaqlardan fərqli geyinirdi. Səhər gedib axşam gəlirdi. Heç kimlə işi yox idi. Əmrulla Əvəzi yatdığı yerdə öldürüb. Bütün yorğan döşək qan içində idi. Əmrullaya ən ağır cəza istəyirəm".

Məhkəmənin növbəti iclası iyulun 25-nə təyin edilib.

Tanınmış bloqer Əvəz Şıxməmmədov (Hafizli) qətlə yetirilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin fevralında Balaxanı qəsəbəsində baş verib. 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib. İlkin araşdırmalarla Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Əvəz Hafizli "Kanal 13" internet kanalının əməkdaşı olub. O, həm də LGBT fəalı kimi tanınırdı.

Tarix: 18-07-2022, 19:59 Oxunub: 24


Bölməyə aid digər xəbərlər