21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
MTN generalının BU ƏMLAKLARI müsadirə olunur: 3 milyonluq ev...

MTN generalının BU ƏMLAKLARI müsadirə olunur: 3 milyonluq ev...

Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlakların müsadirə olunması istənilib.

GununNebzi.az-
ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısının çıxışında bildirilib.

Ümumilikdə orta bazar dəyəri 9 milyon manatdan çox təşkil edən daşınmaz əmlaklara müxtəlif ərazilərdə yerləşən mənzillər və digər qeyri-yaşayış sahələri daxildir:

Mövlam Şixəliyevin adına rəsmiləşdirilmiş orta bazar dəyəri 2 milyon 600 min manatlıq - Bakının Səbail, Nəsimi, Nizami və və Binəqədi rayonunda yerləşən daşınmaz əmlaklar;

Mövlam Şixəliyevin həyat yoldaşı Aybəniz Şixəliyevanın adına rəsmiləşdirilmiş orta bazar dəyəri - 3 milyon 207 min 204 manat Ağdaş şəhərində, Bakının Binəqədi, Nəsimi, Nərimanov və Səbail rayonunda yerləşən daşınmaz əmlaklar;

Mövlam Şixəliyevin oğlu Elşən Şixəliyev və qızı Samirə Şixəliyevanın adına rəsmiləşdirilmiş orta bazar dəyəri - 3 milyon 288 min 116 manatlıq Bakının Binəqədi və Səbail rayonlarında yerləşən daşınmaz əmlaklar.

Qeyd edək ki, prokuror Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyevə 14 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədova 12 il, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərova 11 il, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.

Tarix: 26-07-2022, 17:09 Oxunub: 35


Bölməyə aid digər xəbərlər