12:23 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
12:21 / 18-11-2024
Minimum pensiya bu qədər olacaq
12:20 / 18-11-2024
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı
12:18 / 18-11-2024
Gələn il minimum əməkhaqqı - 400 manat olacaq
12:18 / 18-11-2024
7 min manat cəriməsi olan sürücü həbs edildi
08:18 / 18-11-2024
“Raketlər öz sözünü deyəcək” - Zelenskidən ilk açıqlama
08:03 / 18-11-2024
Onlar da Rusiyaya zərbə endirməyə icazə verdi
08:00 / 18-11-2024
Bayden Ukraynaya Rusiya ərazisini vurmağa icazə verdi
19:37 / 17-11-2024
COP29-dakı qərarlar dünyaya güclü mesaj olmalıdır - Çunqonq
19:32 / 17-11-2024
Ukraynanın cavabı: Belqoroda hücum etdi
19:24 / 17-11-2024
Şolts Putinlə yenidən danışacaq
19:23 / 17-11-2024
Fatih Terim "Qarabağ" klubunun bazasını ziyarət ETDİ-VİDEO
19:20 / 17-11-2024
Nəfəs: "Sevgilimlə it-pişik kimiyik" - VİDEO
19:15 / 17-11-2024
"Hizbullah"ın sözçüsü öldürüldü
16:38 / 17-11-2024
Ucarda sanitariya-gigiyena qaydalarını pozan şəxslərlə bağlı tədbir görüldü
16:37 / 17-11-2024
Rusiya Türkiyədən geyim idxalını yarıbayarı azaltdı
16:33 / 17-11-2024
İlham Əliyev Jan Kristof Rollan ilə görüşdü - Fotolar
16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
14:31 / 17-11-2024
Ev dustaqlığı Sərdar Ortaça baha başa gəldi
12:47 / 17-11-2024
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü
12:44 / 17-11-2024
İsrail Prezidenti COP29-a niyə gəlmədi?
12:42 / 17-11-2024
Ukraynaya dəstək bəyanatı qəbul etdilər
08:07 / 17-11-2024
Leyla Əliyeva uşaqları ziyarət etdi - FOTOLAR
08:06 / 17-11-2024
Azərbaycanda Milli Dirçəliş Günüdür
00:56 / 17-11-2024
Blinkenin müavini də Bakıdadır - Fotolar
23:18 / 16-11-2024
Frank Peloninin Bakıda həbsi tələb olundu - Bəyanat
20:11 / 16-11-2024
Fərid Qayıbov Fatih Terimlə görüşdü - Fotolar
20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
13:49 / 16-11-2024
Bu kolleclərdə yeni təyinatlar
13:47 / 16-11-2024
Abxaziyada gərginlik artır - Fotolar
13:46 / 16-11-2024
Dövlət Xidmətinin bu idarə və şöbəsində pozuntular aşkarlandı
“Bura qız arxasınca gəlirsən?” - Elgünün qətlinin təfərrüatı
Tərtərdə 21 yaşlı gənci öldürən 18 yaşlı məktəblinin məhkəmə prosesi başa çatıb.
GununNebzi.az-ın“Qafqazinfo”ya istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgün Qurbanlını bıçaqlayaraq qətlə yetirən 2004-cü il təvəllüdlü İlkin Nəzərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin fevralın 23-də baş verib.
Hadisənin baş verməsinə gəlincə, təqsirləndirilən şəxs məhkmədə ifadəsində bildirib ki, hadisə günü sevdiyi qızı hazırlıqdan götürərək onun evlərində doğru hərəkət ediblər. Bu zaman İlkin qızın kefinin olmadığını görüb və bunun səbəbini soruşub. Aysu (ad şərtidir) heç nəyin olmadığını desə də, İlkin səbəbi öyrənməkdə israrlı olub. Bundan sonra Aysu Elgün adlı oğlanın ona söz atdığını, nalayiq ifadələr işlətdiyini bildirib.
İlkin Aysunu evə ötürdükdən sonra əvvəllər qiyabi tanıdığı, üzdən kim olduğunu bilmədiyi Elgün Qurbanlı İlkin Nəzərova yaxınlaşıb. O, İlkinə “Bura qız arxasınca gəlirsən? Bir də bu ərazidən keçmə, sənin üçün yaxşı olmaz” deyib.
Buna baxmayaraq, İlkin Elgünün sözlərinə əhəmiyyət verməyib. O, yalnız söhbət zamanı sevdiyi qıza söz atanın məhz Elgün olduğunu anlayıb. Tərəflər yolda söhbət edərkən Elgün İlkinə yumruq zərbəsi endirib, ona qarşı nalayiq ifadələr işlədib. Mübahisə zamanı İlkin cibindən çıxardığı bıçaqla Elgünün qarın nahiyəsinə iki bıçaq zərbəsi endirib.
Elgün bu zaman aldığı xəsarətləri görərək gəldikləri istiqamətə qaçmağa başlayıb, İlkin isə ərazidən uzaqlaşıb.
Elgün evə çatan zaman atasının həyətdə oturduğunu görüb həyəcanlı səslə “ata, məni vurdular” deyib və dizlərini yerə qoyub. Atası maşınla yaralı oğlunu Tərtər rayon Mərkəzi Xəstəxanasına aparıb. Orada oğluna ilkin tibbi yardım göstərilsə də, cərrahiyyə şöbəsinin həkimi olmadığı üçün oğlunu Bərdə Rayon Diaqnostika Xəstəxanasına aparmaq qərarına gəlib. Bu zaman maşında texniki nasazlıq yaranıb və Tərtər şəhərinin “Köhnə Avtovağzal” deyilən ərazisində maşını saxlayıb taksiylə yollarına davam ediblər. İş burasındadır ki, xəstəxananın qarşısına çatan zaman taksinin də benzini qurtarıb və onlar yola başqa bir taksi ilə davam ediblər.
Bərdə Rayon Diaqnostika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Elgün Qurbanlı bir neçə saat sonra dünyasını dəyişib. İlkin Nəzərov isə tutularaq istintaqa təhvil verilib.
Əlavə edək ki, qətli törədən İlkin Nəzərov Tərtər şəhər 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olub.
Bölməyə aid digər xəbərlər

Tarix: 30-07-2022, 09:42 Oxunub: 51
Bölməyə aid digər xəbərlər
24-02-2022, 16:06
Tərtərdə 21 yaşlı gənci qətlə yetirən şəxs tutuldu
22-12-2021, 10:48
Ağdamda məktəbli qızı sevdiyi oğlan qaçırdı
24-07-2022, 00:07
İlkin Həsəninin xanımını söyənə bəraət verildi
22-12-2021, 20:21
İlkin Süleymanovun məhkəməsi təxirə salınıb