21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Azərbaycanlı iş adamını qətlə yetirən şəxsin kimliyi BİLİNDİ

Azərbaycanlı iş adamını qətlə yetirən şəxsin kimliyi BİLİNDİ

Ukraynada gənc azərbaycanlı iş adamı Qəniyev Sənan Saday oğlunu qətlə yetirən şəxsin adı məlum olub.

Bu barədə GununNebzi.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad məlumat yayıb.

Onun sözlərinə görə, hadisə məişət xarakterli münaqişə zəminində baş verib, yəni, öncədən planlaşdırılmış şəkildə olmayıb:

“Bu xəbər bizi çox sarsıltdı. Sənan Qəniyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov vilayəti üzrə aktiv nümayəndələrindən biri olub. Eyni zamanda, orada iş adamı kimi də fəaliyyət göstərib. Onunla bağlı cəmiyyətdə çox pozitiv mövqe var. Hadisə məişət xarakterli münaqişə zəminində baş verib. Yəni, öncədən planlı şəkildə olmayıb. Cinayət əməlini törətməkdə təqsirli bilinən şəxs kürd əsilli Türkiyə vətəndaşı Barut Məsutdur.

Hadisə təqsirləndirilən şəxsə aid olan iaşə obyektində baş verib. Həmin məkanda onunla mərhum arasında mübahisə yaranıb. Mübahisə zəminində təqsirləndirilən şəxs əlinə keçən şişlə Sənan Qəniyevə xəsarət yetirib. Şiş mərhumum ayağında şah damarına dəydiyi üçün o, qanaxmadan dünyasını dəyişib. Təqsirləndirilən şəxs barəsində cinayət işi açılıb və o, həbs olunaraq müvəqqəti təcridxanaya aparılıb. O, hazırda polis nəzarətindədir.

Mərhumun yaxınları ilə əlaqə saxlamışıq. Cənazənin Azərbaycana gətirilməsi üçün müvafiq işlər aparılır”.

Tarix: 1-08-2022, 15:37 Oxunub: 13


Bölməyə aid digər xəbərlər