10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Şirvan sakinindən hədə-qorxu ilə pul istəyən keçmiş məhkum saxlanıldı

Şirvan sakinindən hədə-qorxu ilə pul istəyən keçmiş məhkum saxlanıldı

Şirvan şəhər sakini S.Babayev şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək Zaur adlı şəxsin ondan hədə-qorxu yolu ilə pul tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşdan hədə-qorxu yolu ilə pul tələb edən şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Hüseynov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, S.Babayev saxlanılan Z.Hüseynovdan bir müddət əvvəl 5 min manat borc pul alıb və bir qismini müxtəlif vaxtlarda qaytarıb. Sonradan pulun qalan hissəsini qaytarmadığına görə Z.Hüseynov ondan həmin borcun faizini ödəməsi üçün hədə-qorxu gələrək 3 min manat pul tələb edib.

Fakta bağlı Z.Hüseynov barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələbetmə) və 221.3-cü ( xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tarix: 3-08-2022, 18:51 Oxunub: 38


Bölməyə aid digər xəbərlər