23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
Bakı polisindən ƏMƏLİYYAT: Saxta pul hazırlayan dəstə üzvləri ƏLƏ KEÇDİLƏR - FOTO/VİDEO
Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxta pul hazırlayaraq dövriyyəyə buraxan, eləcə də 40-a yaxın evdən silsilə oğurluqlar edən üç dəstənin səkkiz nəfərdən ibarət üzvü saxlanılıb.
GununNebzi.az xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, polisə Zabrat qəsəbəsində yerləşən marketlərdən birindən alış-veriş edən qadının satıcıya saxta əsginaslar verdiyi barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin qadın Rəna Süleymanova müəyyən edilərək tutulub.
Araşdırmalar zamanı saxta pul hazırlayaraq dövriyyəyə buraxmaqda şübhəli bilinən dəstə başçısı İsmayıl Quliyev, onun tanışları Valeh Novruzov və Elnarə İsayeva da tutularaq Polis Bölməsinə gətiriliblər. İsmayıl Quliyevin Nizami rayonunda yaşadığı evə baxış zamanı əlavə olaraq 247 ədəd saxta əsginas aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər ifadələrində saxta pulların İsmayıl Quliyev tərəfindən hazırlandığını bildiriblər. Valeh Novruzov isə icarəyə götürdüyü avtomobillə Rəna Süleymanova və Elnarə İsayevanı müxtəlif yerlərə apararaq alış-veriş zamanı saxta pulların dövriyyəyə buraxılmasını təşkil edib. Saxlanılan şəxslərin marketlərə saxta əsginaslar təqdim etməsi obyektlərin kameraları vasitəsi ilə də görüntülənib.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində isə Kürdəxanı və ətraf qəsəbələrdə yerləşən bağ evlərindən silsilə oğurluqlar edən əvvəllər dəfələrlə məhkum olunmuş Rauf Nəcəfov və Azər Rəhimov tutulublar.
Araşdırma zamanı onların 7 evdən əsasən qızıl-zinət əşyaları və pul oğurladıqları məlum olub. Bu şəxslərin zərərçəkən ev sahiblərinə ümumilikdə 50 min manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zaman isə Sabunçu rayonunun müxtəlif qəsəbələrində yeni tikilməkdə olan evlərdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən daha bir dəstənin üzvləri - Sahil Əliyev və Vüsal Bədəlov tutulublar. Bu şəxslərin saxlanılan günə qədər Sabunçu rayonunda 30-dan çox evdən oğurluq etdikləri məlum olub.
Dəstə üzvləri oğurladıqları əşyaları Sahil Əliyevə məxsus yük maşını ilə həmin evlərdən aparıblar.
Aşkar edilən bütün faktlarla əlaqədar araşdırmalar davam etdirilir.
“Bu şəxslərin əməllərində zərərçəkən başqa vətəndaşlar varsa, Sabunçu Rayon Polis İdarəsinə, 15-ci Polis Bölməsinə, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, - məlumatda qeyd edilib.
Bölməyə aid digər xəbərlər

Tarix: 10-08-2022, 10:59 Oxunub: 43
Bölməyə aid digər xəbərlər
26-08-2020, 12:24
Bakıda saxta pul çap edənlər saxlanılıb
11-08-2021, 14:54
Azərbaycanda saxta pul hazırlayan şəxs saxlandı
25-12-2021, 12:24
“Mal bazarı”nda dövriyyəyə saxta pul buraxan şəxs saxlanıldı
1-11-2021, 13:47
Yanacaqdoldurma məntəqələrinə saxta pul verən şəxs ƏLƏ KEÇDİ
1-05-2021, 13:33
Naxçıvanda saxta pul alverçisi saxlanıldı