20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
Hamı yerin altındakı bu gizli yerdən danışır FOTOLAR

Hamı yerin altındakı bu gizli yerdən danışır FOTOLAR


Keçmişdə Yuqoslaviya dövründə ən son texnologiyalar ilə hazırlanan yeraltı hərbi hava bazası "Zeljva" görüntüsü ilə qiyamət filmlərini xatırladır.

Avropanın ən böyük yeraltı hava bazalarından biri olan və bənzəri olmayan hərbi təsis 1990-cı illərin əvvəlində Xorvatiya ilə Serbiya arasındakı müharibə zamanı istifadəsiz hala düşüb.

Hazırlanmasına 5 milyard dollardan çox pul xərclənən "505" adlı Zeljava hava bazası atom bombası ilə edilə biləcək hücumlara da dayana bilmək qabiliyyətinə malikdir.

Bazanın o dövrdə içərisinə 50-dən çox hərbi qırıcı jet, 3 min 500 metr uzunluğunda yeraltı tunel sığışıb.

Nəhəng bazada o dövrdə 950-dən çox vəzifəli hərbiçi çalışıb.Yuqoslaviya ordusu pilot minbaşı Sanudin Jasareviçin də xidmət etdiyi yer olub. Jasareviç 1991-ci ildə başlayan müharibədən sonra tərk etdikləri bazanı 27 ildən sonra görmə şansı tapıb.

Bazadakı ofisini və uzun illər xidmət etdiyi tunelləri incələyən Jasareviç ölkədəki son müharibənin özündən sonra böyük fəsadlar buraxdığını bildirib.

Hamı yerin altındakı bu gizli yerdən danışır FOTOLAR


Hamı yerin altındakı bu gizli yerdən danışır FOTOLAR

Tarix: 3-05-2019, 10:13 Oxunub: 73