02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Rasim Məmmədovdan xəbər var

Rasim Məmmədovdan xəbər var

Sumqayıt Şəhər Məhkəməsində özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

GununNebzi.az-
ın Pravda.az-a istinadən məlumata görə, hakim Elçin Məmmədovun sədrliyi ilə araşdırılan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 6-na təyin edilib.

Qeyd: Rəsmi məlumata əsasən, vətəndaş R.Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb edib. R.Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib. Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılıb və araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Bu il fevralın 3-də R.Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Tarix: 25-08-2022, 08:09 Oxunub: 22


Bölməyə aid digər xəbərlər