21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Ailəsini qumbara ilə qorxudan şəxs barəsində cinayət işi başlanıldı

Ailəsini qumbara ilə qorxudan şəxs barəsində cinayət işi başlanıldı

Bakıda həyətdə qumbara partladılması ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 23-ü gecə saat 3 radələrində paytaxtın Sabunçu rayonu Pirşahı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində əl qumbarasının partladılması barədə rayon prokurorluğun məlumat daxil olub.

1983-cü il təvəllüdlü İntizam Nəcəfovun keçmiş arvadının anası və uşaqları ilə birlikdə yaşadığı evə gəlib onları öldürməklə hədələyib hazır vəziyyətə gətirdiyi əl qumbarasını evin həyətinə atmasına, daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onunla profilaktik söhbət aparan zaman yenidən əvvəlcədən əlində hazır vəziyyətdə olan qumbaranı həyətə ataraq partlatmasına əsaslı şübhələr müəyyən edilib.

Baş vermiş hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

İntizam Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam edir.

Tarix: 25-08-2022, 10:46 Oxunub: 49


Bölməyə aid digər xəbərlər