02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Mingəçevirdə nazirliyin qayığını yandıran şəxsə cinayət işi açıldı

Mingəçevirdə nazirliyin qayığını yandıran şəxsə cinayət işi açıldı

Mingəçevirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus xidməti qayığın yandırılması ilə bağlı cinayət işi başlanılıb, hadisəni törədən şəxs tutulub

Bugün səhər saatlarında Mingəçevir Şəhər Polis Şöbəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan xidməti qayığın Kür çayında qanunsuz balıq ovlayan brakonyer tərəfindən yandırılması və nəticədə nazirliyin regional idarəsinin iki əməkdaşının müxtəlif dərəcəli yanıq xəsarətləri alması ilə bağlı məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə cəlb olunub, zəruri prosessual hərəkətlər yerinə yetirilib. Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törədən şəxsin əvvəllər də məhkum olunmuş Şaban Məmmədov olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Mingəçevirdə nazirliyin qayığını yandıran şəxsə cinayət işi açıldı
Mingəçevirdə nazirliyin qayığını yandıran şəxsə cinayət işi açıldı

Tarix: 20-09-2022, 20:44 Oxunub: 17


Bölməyə aid digər xəbərlər