10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
Tovuzda ötən ay uşaq dünyaya gətirən 18 yaşlı qadının ölümünə rəsmi REAKSİYA - YENİLƏNİB

Tovuzda ötən ay uşaq dünyaya gətirən 18 yaşlı qadının ölümünə rəsmi REAKSİYA - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tovuzda baş verən ana ölümü məsələsinə aydınlıq gətirib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2004-cü il təvəllüdlü qadın sentyabrın 28-də saat 07:19 radələrində Tovuz Rayon Mərkəzi Xəstəxanasının Mamalıq və Ginekologiya şöbəsinə yerləşdirilib.

“40 həftəlik hamiləlik, doğuşun birinci dövrü diaqnozu ilə yerləşdirilən pasiyentin saat 09:58 radələrində doğuşu baş tutub və cinsi kişi olan 3 700 çəkidə olan diri uşaq dünyaya gəlib.

29.09.2022-ci il 02:00 radələrində xəstədə kəskin ağciyər və ürək çatışmazlığı baş verib. Həkimlərin səyi nəticəsində pasiyentin vəziyyəti stabilləşib. Həmin gün xəstə Anesteziologiya və reanimasiya şöbəsinə köçürülüb. 30.09.2022-ci il tarixində xəstənin vəziyyəti yenidən pisləşib, kliniki ölüm keçirib və süni tənəffüs aparatına qoşulub. Həkimlərin səyi nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa olunub, vəziyyəti stabilləşib. Oktyabrın 1-də pasiyent Bakı şəhərində yerləşən tibb müəssisəsinə təxliyə edilib. Oktyabrın 8-də xəstə kafi vəziyyətdə xəstəxanadan evə buraxılıb”.

Oktyabrın 17-də yenidən Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edən pasiyentdə ürək və ağciyər çatışmazlığı müşahidə edilib. Göstərilən bütün tibbi xidmətlərə baxmayaraq, Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda bununla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır”, - deyə qurumdan qeyd edilib.

***

Tovuzda doğuş həyata keçirən ana 19 gün sonra ölüb.

GununNebzi.az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Alakol kənd sakini 2004-cü il təvəllüdül Z.Əliyeva sentybarın 28-də rayon mərkəzi xəstəxanasında uşaq dünyaya gətirib. Doğuşdan sonra ananın vəziyyəti ağırlaşdığı üçün o Bakı şəhərinə aparılıb. Bakıda bir neçə gün qaldıqdan sonra qadın vəziyyəti yaxşılaşıb və o, yaşadığı evə gətirilib.

Ötən gün isə qadının halı yenidən pisləşib.18 yaşlı ana Tovuz Rayon Mərkəzi Xəstəxanasına ağır vəziyyətdə aparılıb. Həkimlərin səyinə baxmayaraq, gənc ana dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix: 18-10-2022, 16:54 Oxunub: 50


Bölməyə aid digər xəbərlər