02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Zaqatala sakini tanışını içki şüşəsi ilə vurub öldürdü

Zaqatala sakini tanışını içki şüşəsi ilə vurub öldürdü

Zaqatala sakini tanışını içki şüşəsi ilə vurub öldürüb.

Zaqatala rayon prokurorluğundan verilən məlumata görə, noyabrın 4-ü Zaqatala rayonunun Fındıqlı kəndi ərazisində 1970-ci il təvəllüdlü Elxan Xəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1952-ci il təvəllüdlü Qriqoriy Burqandinovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı spirtli içki şüşəsi ilə baş nahiyəsinə xəsarət yetirərək Elxan Xəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qriqoriy Burqandinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Tarix: 4-11-2022, 20:10 Oxunub: 17


Bölməyə aid digər xəbərlər