Jurnalist adından istifadə edib 20 min mənimsədi

Jurnalist adından istifadə edib 20 min mənimsədi

Bərdədə jurnalist fəaliyyəti adı altında vətəndaşlardan pul alan şəxs saxlanılıb.

GununNebzi.az-
ın“Qafqazinfo”ya istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarına daxil olmuş müraciətlər əsasında aparılan araşdırmalar zamanı “Tarixin səhifələri” adlı qəzetin baş redaktoru Faiq Əzimzadənin vətəndaşlara qarşı dələduzluq əməlləri törətdiyinə dair əsaslı şübhələr yaranıb.


Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı sorğumuza cavab olaraq bildirib ki, F.Əzimzadə saxlanılıb: “Faiq Əzimzadə barəsində Bərdə RPŞ-də Cinayət məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.

Məlumata görə, F. Əzimzadənin vətəndaşlara vurduğu ümumi ziyanın miqdarı 20 min manata yaxındır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix: 17-11-2022, 14:02 Oxunub: 31


Bölməyə aid digər xəbərlər
30-08-2021, 16:49 FHN inspektoru həbs edildi