15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
“Bu hadisəni şiddətlə qınayıram”

“Bu hadisəni şiddətlə qınayıram”

“Hər zaman idmançılarımızdan yüksək alicənablıq və qanunlarımıza hörmət tələb edirik”.

GununNebzi.az
xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bir neçə gün əvvəl Xəzər rayonu, Şağan qəsəbəsində keçirilən yarışda 16 yaşlı cüdoçunun qətlə yetirilməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsi ilə bərabər, idmançıların təlim-tərbiyəsi, onlara dəyərlərin aşılanması, eləcə də yüksək intellektə malik olmaları üçün səy göstərilir: “Təəssüf ki, Şağan Olimpiya İdman Kompleksində Turan Rüstəmovun öldürülməsi ilə nəticələnən cinayət hadisəsi baş verdi. Baş vermiş hadisəni şiddətlə qınayır, Allahdan Turana rəhmət, ailəsinə və idman ictimaiyyətinə səbir diləyirəm. Ümid edirəm ki, bir daha belə hallar heç zaman baş verməyəcək”.

Qeyd edək ki, noyabrın 26-da 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Turan Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb. Hadisə “Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turniri zamanı baş verib. Hadisəni törədən 20 yaşlı cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.
“Bu hadisəni şiddətlə qınayıram”

Tarix: 30-11-2022, 16:37 Oxunub: 30


Bölməyə aid digər xəbərlər