21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
5 rayonda ağacları kəsdirən şəxsə qarşı cinayət işi başlandı

5 rayonda ağacları kəsdirən şəxsə qarşı cinayət işi başlandı

Astara, Bərdə, Ucar, Cəlilabad və Quba rayonlarında ağackəsmə faktları ilə bağlı cinayət işi başlanıb.
Ətraflı


Baş Prokurorluqdan bildirilib ki, Astaranın Şuvi, Bərdənin Alaçadırlı, Ucarın Boyat bələdiyyələrinin ərazilərində, Cəlilabadın Uzuntəpə kəndində meşə fonduna daxil olmayan, həmçinin Quba-Tüləkəran avtomobil yolunun Təkərşıxı kəndi ərazisindən keçən hissəsində və Tüləkəran-Yenikənd avtomobil yolunda telekommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə meşə fonduna daxil olan, ümumilikdə 412 ağac və kolun kəsilməsi nəticəsində təbiətə 145 min manatdan çox maddi ziyan dəyib.

Faktlara görə Cinayət Məcəlləsinin 259.1 (qanunsuz ağac kəsmə) 259.2.3 və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla, habelə qulluq mövqeyindən istifadə etməklə ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq daxili işlər orqanlarına göndərilib.

Tarix: 14-12-2022, 09:33 Oxunub: 26


Bölməyə aid digər xəbərlər