21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bəxtiyarla yazışmaları yayılan qadınlardan polisə şikayət daxil olub - Rəsmi

Bəxtiyarla yazışmaları yayılan qadınlardan polisə şikayət daxil olub - Rəsmi

Daxili İşlər Nazirliyi həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin yazışmalarının ictimailəşməsi ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, B.Hacıyev həbsindən öncə Bakı şəhər Baş Polis İdarəsinə vəkili ilə birgə dəvət edilib: "İdarəyə gələn zaman onun üzərində hər hansı elektron daşıyıcı cihaz - mobil telefon, planşet, kompüter olmayıb, evində və ofisində axtarış aparılmayıb. Qeyd olunan məsələlər istintaqın araşdırma predmeti təşkil etməyib. O, vəkili ilə birgə məhkəməyə aparılıb, məhkəmə qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edirik.

B.Hacıyevin şəxsi hesablarından ayrı-ayrı ictimai fəallarla bağlı yayılan məlumatlar - görüntülər və yazışmaların haradan, necə qaynaqlandığı, B.Hacıyevin onlara məxsus məlumatların arxivləşdirilməsi ilə bağlı bir neçə qadından və onların ailə üzvlərindən şikayət xarakterli müraciətlər daxil olub. Həmin müraciətlər üzrə müvafiq araşdırmalar aparılır".

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə Bəxtiyar Hacıyevin bir sıra qadınlarla, o cümlədən ictimai fəallarla şəxsi yazışmaları, intim görüntüləri və səsyazıları yayılıb. İstifadəçilər Hacıyevi həmin məlumatları silməməkdə və saxlamaqda günahlandırıb.

Qafqazinfo

Tarix: 1-03-2023, 12:39 Oxunub: 13


Bölməyə aid digər xəbərlər