21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Unibank” silahlı basqınla bağlı məlumat yaydı

“Unibank” silahlı basqınla bağlı məlumat yaydı

“Unibank” bu gün Xətai rayonu ərazisində yerləşən “Bravo” supermarketində baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

GununNebzi.az
xəbər verir ki, məlumatda deyilir:

"Bu gün günorta saatlarında Xətai rayonu ərazisində yerləşən supermarketdə baş vermiş silahlı hücum faktı zamanı həlak olan mühafizə əməkdaşı Həşimov Rüfət Rahib oğlunun vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk. Silahlı hücum nəticəsində ağır yaralanan "Unibank"ın əməkdaşı, kassir-inkassator Şaydayev Samir Ruslan oğluna şəfa diləyirik. Hazırda Samir Şeydayevin xəstəxana şəraitində müalicəsi davam etdirilir. Əməkdaşımızın müalicəsi ilə bağlı bütün tədbirlər bank rəhbərliyinin diqqətində saxlanılır.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat rəsmi qurumlar tərəfindən veriləcək. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur".

Tarix: 4-03-2023, 21:12 Oxunub: 17


Bölməyə aid digər xəbərlər