23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
“Nərmin işi”ndə ekspert rəyini əsaslandıra bilmədi
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.
GununNebzi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Tovuz rayon məhkəmə-tibb eksperti Nurlan Abbasov dindirilib. O, Nərminə aid olduğu deyilən meyitin müayinəsi ilə bağlı rəyi imzalamış ekspertlərdən biridir.
Qeyd edək ki, ekspertlər rəydə meyitin bir dəfəyə yandırıldığını qeyd edib. Lakin müdafiə tərəfi deyir ki, meyit əvvəlcədən başqa yerdə yandırılıb. Sonradan onun əyninə paltar geyindirilib, ikinci dəfə də İlkingilin evinin yaxınlığında yandırılıb. Belə ki, bədənin elə hissələri var ki, onlar kömürləşmə həddində yanıb, amma paltarların o hissələri salamatdır.
Vəkillər ekspertdən meyitin yandırılması haqda verdiyi rəyi əsaslandırmasını istəyiblər. “Mən bu suala cavab verə bilmərəm”, - deyə Nurlan Abbasov qeyd edib. Daha sonra müdafiəçilər ondan sintetik paltar yanmadığı halda, bədənin həmin hissəsinin tam yanmasının mümkün olub-olmaması haqda soruşublar. Nurlan Abbasov, “bu, ola bilər...”, - deyə cavab verib.
Vəkil Zabil Qəhrəmanov ekspertdən İlkin Süleymanovu haradan tanıdığını, əvvəllər görüb-görmədiyini soruşub. O bildirib ki, ilk dəfə polis şöbəsində görüb, daha sonra isə mediada. Məlum olub ki, İlkin Süleymanov həbs olunduğu ilk günlərdə onun işgəncəyə məruz qalmaması haqda rəy vermiş ekspert də məhz Abbasov imiş.
Qeyd edək ki, İlkin Süleymanov məhkəmədə daha əvvəl bildirmişdi ki, Tovuz Rayon Polis Şöbəsində işgəncələrə məruz qaldıqdan və etiraf ifadəsinə imza atdıqdan sonra ora eksperti gətiriblər. Həmin vaxt üzərində gözlə görünən çoxsaylı xəsarətlər olub. Lakin ekspert onların heç birini rəydə göstərməyib. Süleymanov ötən məhkəmədə Nurlan Abbasova bu haqda da sual verib: “Polis şöbəsində saxlanılan şəxsin üstündə gözlə görünən xəsarətlər var, amma onun özü döyülmədiyini deyir. Bu halda, siz o xəsarətləri rəyinizdə qeyd edirsiz, yoxsa yox?” Ekspert onun sualına cavab olaraq, “əlbəttə, qeyd edirik” deyib.
Məhkəmə prosesi martın 29-da davam edəcək.
Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.
Bölməyə aid digər xəbərlər

Tarix: 16-03-2023, 19:32 Oxunub: 26
Bölməyə aid digər xəbərlər
20-10-2022, 16:49
Nərminlə bağlı rəy verən ekspert məhkəməyə çağırıldı
8-12-2022, 16:26
Generallar “Nərmin işi” ilə bağlı məhkəməyə çağırıldı