12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
18:20 / 04-11-2024
18 yaşlı qız intihar etdi
18:13 / 04-11-2024
Pezeşkian Azərbaycana gəlir
Atasını taxta ilə vurub öldürdü

Atasını taxta ilə vurub öldürdü

Xızıda 58 yaşlı kişi öldürülüb, oğlu şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, martın 23-də Xızı Rayon Polis Şöbəsinə 58 yaşlı Hacımirzə Aftilovun yaşadığı Giləzi qəsəbəsindəki evdə kəllə-beyin xəsarətindən ölməsi barədə məlumat daxil olub.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla oğlu Sənanın münaqişə zəminində atasını taxta parçası ilə vurmasına əsaslı şübhələr müəyyən olunub. S.Aftilov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.

Tarix: 27-03-2023, 12:34 Oxunub: 22


Bölməyə aid digər xəbərlər