21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Baş Prokurorluq Akif Çovdarovla bağlı protest verdi

Baş Prokurorluq Akif Çovdarovla bağlı protest verdi

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi polkovnik Səlim Məmmədovun cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarından əmlakın xüsusi müsadirədən azad olunması ilə bağlı hissədə Baş Prokurorluq tərəfindən kassasiya protesti verilib.

GununNebzi.az-ın
“Qafqazinfo”ya istinadən məlumata görə, protest bu gün təqdim edilib və icraata götürülüb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli 30 hökmü ilə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinən Akif Çovdarov 12 il müddətə, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

İbtidai istintaq zamanı Akif Çovdarov və Səlim Məmmədova məxsus təxminən 30 milyon manata yaxın qiymətləndirilmiş əmlaklar üzərinə həbs qoyulub, lakin məhkəmə tərəfindən işə baxılan zaman müsadirə edilmiş əmlakların qeyd olunan şəxslərə və ailə üzvlərinə qaytarılması ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, Akif Çovdarov 2020-ci ildə, Səlim Məmmədov isə 2022-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

Tarix: 4-04-2023, 20:49 Oxunub: 10


Bölməyə aid digər xəbərlər
6-04-2020, 17:00 Akif Çovdarov əfv edildi