23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Bakıda qeyri-qanuni sərnişin daşıyan avtobus yük maşınına çırpılıb: Xəsarət alanlar var

Bakıda qeyri-qanuni sərnişin daşıyan avtobus yük maşınına çırpılıb: Xəsarət alanlar varBakının Nərimanov rayonunda yük avtomobili ilə sərnişin avtobusu toqquşub.

GununNebzi.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
M-2 marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobus yüksək sürətlə hərəkət edən zaman "DAF" markalı yük avtomobilinə çırpılıb. Nəticədə sərnişin avtobusunda olan sərnişinlər - 1951-ci il təvəllüdlü Fətullayeva Züleyxa Qurban qızı və 1970-ci il təvəllüdlü Fərziyeva Həvva Ramazan qızı müxtəlif bədən xəsarətləri alıb. Həmçinin yük avtomobilinin sürücüsü də xəsarət alıb. Yaralılar 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayev APA-ya açıqlamasında bildirib ki, qəzaya uğrayan avtobus "Çinar Trans" MMC-nin balansındadır. Avtobusun sürücüsü Məlikov Təravət Tapdıq oğlu M-2 ekspres xəttinə aid lövhədən istifadə edərək qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olub: "Məlumat üçün bildiririk ki, hadisə baş verən vaxt ekspres xətt avtobusları xidmətdə olmayıb və qəzanın qeydə alındığı ünvan M-2 xəttinin hərəkət sxeminə aid deyildir".

Hadisə və qeyri-qanuni sərnişindaşıma faəliyyəti ilə əlaqədar izahat verməsi üçün "Çinar-Trans" MMC-nin direktoru İsmayıl Hüseynov Bakı Nəqliyyat Agentliyinə çağırılıb.

BNA rəsmisinin sözlərinə görə, "Çinar-Trans" MMC-nin müvəqqəti istismarında olan marşrut xətləri üzrə sərnişindaşımalarında çatışmazlıqlar müşahidə olunur. Bununla bağlı sərnişinlərdən də çoxsaylı müraciətlər daxil olur. Çatışmazlıqların həllinə dair daşıyıcı şirkət qarşısında tələblər qoyulub. Təsirli tədbirlər görülmədiyi təqdirdə müvafiq marşrutlar üzrə fəaliyyətinə son qoyulacağı ilə bağlı sonuncu dəfə xəbərdarlıq edilib.


Tarix: 1-08-2020, 10:35 Oxunub: 255


Bölməyə aid digər xəbərlər