02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bakıda DƏHŞƏT: Arvadını ölümcül edib yol kənarına atdı

Bakıda DƏHŞƏT: Arvadını ölümcül edib yol kənarına atdıBakıda arvadını öldürməkdə təqsirli bilinən Yavər Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

GununNebzi.az-ın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat-Pirşağı avtomobil yolunun kənarında baş verib.

Binəqədi rayonu, Baksol şosesi, nömrəsiz evdə yaşayan 1990-cı il təvəllüdlü Yavər Əliyev 1995-ci il doğumlu həyat yoldaşı Nuranə Əliyevanı qısqanclıq zəminində Zabrat-Pirşağı yoluna apararaq orada xüsusi amansızlıqla döyüb, daha sonra yolun kənarına atıb.

Yaralı yoldan keçən şəxslərin köməyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Nuranə Əliyeva xəstəxanada dünyasını dəyişib.

Müəyyən olunub ki, Yavər Əliyev arvadının onu başqa kişi ilə aldatmağından şübhələnib və cinayətə əl atıb.

Qeyd edək ki, Goranboy rayonundan olan və Bakıda kirayə yaşayan cütlüyün iki azyaşlı övladı var.

İstintaq orqanı tərəfindən Yavər Əliyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

(Publika.az)


Tarix: 1-08-2020, 11:28 Oxunub: 61


Bölməyə aid digər xəbərlər