21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Kütləvi məzarlıqlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”

“Kütləvi məzarlıqlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”

Hərbi Prokurorluq tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər müvafiq qurumların nümayəndələri ilə birlikdə Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Ağdam rayonunun Sırxavənd kəndi, eləcə də Xocalı rayonunun Fərrux kəndi və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində aşkarlanan kütləvi məzarlıqlardan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib, həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib”.

GununNebzi.az
“AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib.
“Kütləvi məzarlıqlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”

Firad Əliyev vurğulayıb ki, Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı), 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri Baş prokuror Kamran Əliyevin nəzarəti və Baş prokurorun müavini Xanlar Vəliyevin ibtidai araşdırmaya prosessual rəhbərliyi ilə davam etdirilir. Onun sözlərinə görə, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Qeyd edək ki, aprelin 18-i Başlıbel qətliamının 30 illiyidir. 2021-ci ildə Başlıbeldə kütləvi məzarlıq, Edilli və digər yerlərdə insan sümükləri tapılıb. Prezident İlham Əliyev 2021-ci ilin sentyabrında BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxışı zamanı Başlıbel qırğınını xüsusi vurğulayıb, kütləvi məzarlıqlar mövzusunu BMT səviyyəsinə qaldırıb, Xocalı soyqırımının 30-cu ildönümü haqqında 2022-ci il 28 yanvar tarixli Sərəncamında da Başlıbel qətliamını xatırladıb.

Tarix: 18-04-2023, 11:08 Oxunub: 8


Bölməyə aid digər xəbərlər