21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Şuşada aşkarlanan meyit qalıqlarının I Qarabağ müharibəsi dövründə əsir saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir

Şuşada aşkarlanan meyit qalıqlarının I Qarabağ müharibəsi dövründə əsir saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir

Şuşa türməsinin ərazisində aşkar olunan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir".

Bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, torpaqlarımız işğaldan azad olunandan sonra Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı prosesinə başlanılıb: "Ötən dövr ərzində Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşlar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq insan meyit qalıqları aşkar edilmiş və həmin insan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirmə aparılması məqsədilə məhkəmə tibbi kriminalistik ekspertizası ilə yanaşı 200-dən artıq məhkəmə molekulyar genetik ekpertizası təyin edilmişdir".

Şöbə rəisi söyləyib ki, Şuşa həbsxanasının ərazisində ən azı 4 şəxsə məxsus meyit qalıqları aşkar edilib: "Onların Birinci Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir".

(Report)

Tarix: 3-06-2023, 14:50 Oxunub: 13


Bölməyə aid digər xəbərlər