Reznikov Krımla bağlı planlaşdırılan taktikadan danışdı: “Bu, rusiyalıların döyüş imkanlarını azaldacaq”

Reznikov Krımla bağlı planlaşdırılan taktikadan danışdı: “Bu, rusiyalıların döyüş imkanlarını azaldacaq”

Ukrayna müvəqqəti olaraq işğal altında olan Krım və Krım körpüsünə zərbələr endirməyə davam edəcək”.

Bu sözləri Ukrayna müdafiə naziri Aleksey Reznikov CNN telekanalına müsahibəsinə deyib.

Nazir qeyd edib ki, döyüş sursatı, yanacaq və digər ehtiyatların artırılması imkanlarının qarşısını almaq üçün düşmənin maddi-texniki xətlərinin məhv edilməsi normal taktikadır. Ona görə də Ukrayna Rusiya işğalçılarına qarşı bu taktikadan istifadə edəcək.

“Bütün bunlar rəsmi şəkildə təsdiqlənmiş məqsədlərdir, çünki bu, onların bizə qarşı döyüşmək imkanlarını azaldacaq və ukraynalıların həyatının xilas edilməsinə kömək edəcək”, - deyə Reznikov vurğulayıb.


(oxu.az)

Tarix: 25-07-2023, 11:33 Oxunub: 13


Bölməyə aid digər xəbərlər