21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Baş Prokurorluq mediaya çağırış edib

Baş Prokurorluq mediaya çağırış edib

Baş Prokurorluq mediaya çağırış edib.

Qurumdan bildirilib ki, Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi istintaq olunur.

“Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən istintaqı aparılan cinayət işi barədə rəsmi quruma istinad edilmədən və dəqiqləşdirilmə aparmadan məlumatların yayılmaması xahiş olunur”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölən A.Qaraşov Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşıdır.

Lənkəran Rayon İcra Hakimiyyəti hadisənin silahla ehtiyatsız davranması nəticəsində baş verdiyini açıqlayıb.

Bu gün isə Azər Qaraşovu oğlu Azay Qaraşovun qətlə yetirdiyi məlum olub.

Tarix: 28-07-2023, 10:02 Oxunub: 13


Bölməyə aid digər xəbərlər