Salyanlı ata və oğul Rusiyada faciəvi şəkildə öldü

Salyanlı ata və oğul Rusiyada faciəvi şəkildə öldü

Rusiyada yaşayan salyanlı ata və oğlu faciəli şəkildə həlak olublar.

GununNebzi.az
xəbər verir ki, hadisə Tümen vilayətində qeydə alınıb.

55 yaşlı Mahir Kərimov və 29 yaşlı oğlu Nurəddin Kərimov benzin daşıyan maşının çənində təmir apararkən partlayış baş verib.

Nəticədə N.Kərimov hadisə yerində, M.Kərimov isə iki gün sonra xəstəxanada ölüb.

Nurəddin Kərimov Salyana gətirilərək dəfn olunub, atası Mahir Kərimovun meyiti isə sabah rayona gətiriləcək.




(Qafqazinfo)

Tarix: 30-07-2023, 22:38 Oxunub: 48


Bölməyə aid digər xəbərlər