21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“3600 manatlıq silah aldıq, dedi ki, “Bravo”ya basqın edək”

“3600 manatlıq silah aldıq, dedi ki, “Bravo”ya basqın edək”

“Bravo” hipermarketinə edilmiş silahlı basqınla bağlı ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

GununNebzi.az-
ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərdən biri - Dəyanət Qüdrətov sərbəst ifadə verib.

O, Ruhlan İsmayılovla birgə hipermarketə hücum edib. Hər ikisi də silahlı olub. R.İsmayılov əməliyyat tədbirləri zamanı məhv edilib.

D.Qüdrətov deyib ki, hipermarketə hücumda istifadə edilən silahlar onun adına alınıb:

“Ruhlan əvvəllər psixoloji dispanserdə müalicə aldığı üçün öz adına silah ala bilmirdi. Ona görə silahları mənim adıma aldıq. 3600 manatlıq silah aldıq. Bir müddət sonra isə mənə təklif etdi ki, “Bravo”ya basqın edək”.

Təqsirləndirilən şəxsin dediyinə görə, hipermarketə hücum üçün razılıq verməyib. Buna görə Ruhlan ona hədə-qorxu gəlib:

“Məni ölümlə hədələdi. Dedi ki, ya hücum planında iştirak etməlisən, ya səni öldürəcəm. Hücum vaxtı mən 1 güllə atmışam. O da zərərçəkmişə dəyməyib”.

Vəkil Pərviz Məmmədov təqsirləndirilən şəxsə hücum planı barədə sual verib.

D.Qüdrətov deyib ki, “Bravo”ya hücum planı əvvəldən hazırlanıb, hipermarket 2 ay izlənilib:

“Planı Ruhlan qurmuşdu. İştirakçı da mən idim. Yanvar ayından hadisə gününə kimi hipermarketi izləməyə başladıq. Ruhlanla məndən başqa bu işdə heç kimin əlaqəsi yoxdur”.

Vəkil Pərviz Məmmədovu maraqlandıran digər məsələ isə Ruhlanla Dəyanətin bankomatdan götürəcəkləri pulu necə bölmək istəmələri olub.

“Razılaşma belə idi ki, nə götürsək, yarısı mənə, yarısı Ruhlana çatacaqdı”, - deyə təqsirləndirilən şəxs cavab verib.

Proses noyabrın 15-i davam etdiriləcək.

Xatırladaq ki, silahlı insident bu ilin martında qeydə alınıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Ruhlan İsmayılov avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib. Görülmüş tədbirlər nəticəsində o, polis tərəfindən məhv edilib.

Təqsirləndirilən şəxslərdən Babək İsgəndərov və Rövşən İsmayılov həbsdə deyil. Onlar barəsində alternativ həbs qətimkan tədbiri seçilib.
“3600 manatlıq silah aldıq, dedi ki, “Bravo”ya basqın edək”



Qafqazinfo

Tarix: 18-10-2023, 18:53 Oxunub: 10


Bölməyə aid digər xəbərlər