02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Gömrükdə rüşvət alan şəxs ifşa edildi

Gömrükdə rüşvət alan şəxs ifşa edildi

Dövlət Gömrük Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində İran vətəndaşından qeyri-qanuni pul alan şəxs ifşa olunub.

DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görəŞ, İran vətəndaşı Camal Farjam Özbəkistandan üçüncü ölkəyə daşınması məqsədilə Azərbaycana idxal etdiyi malların gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində Azərbaycan Respublikası vətəndaşı F.Niyazovun ondan 9.100 ABŞ dolları məbləğində pul vəsaiti aldığını bildirib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib və Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.

Dövlət Gömrük Komitəsi vətəndaşlara gömrük orqanlarının işgüzar nüfuzuna xələl gətirən bu kimi qanunsuz əməllərlə məşğul olan şəxslər barədə faktlarla rastlaşdıqda dərhal DGK-ya və ya digər hüquq-mühafizə orqanlarına məlumat vermələrini tövsiyə edir.

Tarix: 15-11-2023, 21:04 Oxunub: 7


Bölməyə aid digər xəbərlər