02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Məhkəmə Ülvi və Sevinclə bağlı həbs qərarı verdi - Yenilənib

Məhkəmə Ülvi və Sevinclə bağlı həbs qərarı verdi - Yenilənib

“Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) məhkəməyə çıxarılır.

GununNebzi.az
xəbər verir ki, qaçaqmalçılıqda ittiham olunan təqsirləndirilənlər barəsində qətimkan tədbiri seçiləcək.

Təqdimata Xətai Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, Ü.Həsənli və S.Vaqifqızı Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Onların evində və saytın ofisində axtarış keçirilib. Axtarış zamanı ofisdən 40 min avro pul aşkar edilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

***

Məhkəmənin qərarı ilə Ülvi Həsənli barəsində 4 aylıq, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Tarix: 21-11-2023, 20:30 Oxunub: 8


Bölməyə aid digər xəbərlər
20-11-2023, 11:53 Ülvi Həsənli saxlanıldı