23:45 / 25-11-2024
Bakıda sahibkarın 31 il əvvəlki qətlinin üstü açıldı
23:41 / 25-11-2024
Əli Əsədov bu qurumlarla bağlı qərar imzaladı
23:39 / 25-11-2024
Sumqayıtda “Bəy hamamı” yandı - Yenilənib+Video
23:37 / 25-11-2024
İlham Əliyev Trampa zəng vurdu
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
General Nizami Məmmədovun məhkəməsi: “Bəziləri at kimi üzümə durur, hamı burada pul qazanıb”
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan prosesdə Rəfail Xələfov ifadə verib.
O bildirib ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nəzarət və təftiş şöbəsinin müdiri vəzifəsində işləyib, polkovnik rütbəsində olub.
Prosesdə sədrlik edən hakim Fikrət Əliyev bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətindən əldə olunan məlumata görə, Rəfail Xələfovun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ayrıca icraatda cinayət işi davam etdirilir. Hakim əlavə edib ki, Rəfail Xələfovun təqsirləndirilən şəxs qismində barəsində cinayət işi aparılır və bu səbəbdən o, bu məhkəmədə də təqsirləndirilən şəxsin hüquqlarından istifadə olunmaqla ifadə verir.
Rəfail Xələfov ibtidai istintaqa verdiyi ifadələri təsdiqləyib. O qeyd edib ki, onun şöbəsi maliyyə məsələləri ilə bağlı hərbi hissələrdə təftişlər həyata keçirib.
“2017-ci ilin sonundan 2021-ci il yanvarın 1-ə qədər qurumda mənimsəmələrə yol verilib. Maliyyə idarəsinə ayrılan pullar idarə, şöbə və hərbi hissələrə paylanılıb. Həmin vəsaitlərin 20 faizi maliyyələşdirmədə, 30 faizi isə təftiş vaxtı geri alınıb. Bu isə idarədə bir qayda olub. Bu qaydaları da idarə rəisi qoyub. Heç kimdə buna etiraz etməyib, hamı da buna razı olaraq işləyib. Məsələn, xərclərdən artıq 10 min manat pul ayrılıbsa, bunun 2 min manatını maliyyələşdirmə alırdı, 3 mini təftiş şöbəsi, 5 min manatı isə özlərinə qalırdı. Bütün bunlar Nizami Məmmədova məruzə edilirdi”.
Sabiq şöbə rəisi qeyd edib ki, 2021-ci ildə N saylı hərbi hissədə təftiş zamanı 1 milyon 700 min manat yeyinti olması aşkar olunub:
“Həmin təftişi Həsən Paşayev aparırdı. Təftişin sonunda 500 min manat pul alındı. Həmin pullar barədə də idarə rəisinə məruzə edildi və vəsait təhvil verildi. Daha sonra nazirliyin Təlim Tədris Mərkəzində 470 min manat yeyintiyə yol verilməsini müəyyən edib. Həmin təftişi aparan Teymur Teymurov tərəfindən 400 min manat mərkəzdən alınaraq mənə verildi. Həmin pulu gətirib idarə rəisinə təhvil vermişəm. Bundan başqa təftişlərdən başqa nazirliyin özünün inspeksiyaları hərbi hissələrə maliyyə şöbələrinə yoxlama aparırdı. Nizami Məmmədovun tapşırığı ilə gedib o məsələləri həll edirdim. Yoxlamalar zaman çıxan problemlərə görə pullar alınıb, məsələnin həlli üçün istifadə olunub”.
Rəfail Xələfov deyib ki, Vətən müharibəsindən sonra pul almaq söhbətləri bitib: “İdarə rəisi hamını yığıb bu cür işləməyə son verdiklərini deyib. 2021-ci ilin yanvarın 1-dən bu məsələlərə son qoyulub”.
O, prokurorun suallarını cavablandıran zaman dəymiş ziyandan 4 milyon 100 min manat ödədiyini deyib.
Bu zaman digər təqsirləndirilən şəxslərdən Cəlal Kazımov replika ataraq, Rəfail Xələfovun 25 milyon manatdan çox pul mənimsədiyini deyib.
Bundan sonra tərəflər arasında mübahisə düşüb, hakim hər iki şəxsə xəbərdarlıq edib.
Sualları cavablandıran Rəfail Xələfov deyib ki, ildə 2 dəfə idarə rəisi tərəfindən xüsusi tapşırıqlar alıb: “Xüsusi tapşırıq olurdu, maliyyələşmə və bizim təftiş şöbəsi hərəyə 1 milyon 200 min manat pul toplayıb idarə rəisinə verirdik, onun həmən pulu kimə verməsindən xəbərim yoxdur”.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin suallarını cavablandıran təqsirləndirilən şəxs istintaq və məhkəmə dövründə verdiyi ifadələrin ziddiyyətli olmasını izah edə bilməyib.
Vəkil “20 nəfərlə istintaq zamanı üzləşmən olub, sizə böyük məbləğlərdə pullar verilib, həmin pullarla bağlı rəhbərliyə məruzə etməmisiz” sualına Rəfail Xələfov belə cavab verib: “Bütün vəsaitlərlə bağlı Nizami Məmmədova məruzə etmişəm”.
Vəkilin sualına cavab verən şəxs qeyd edib ki, ümumi dəymiş ziyan olan 143 milyon manat yeyintinin olmasına inanmır:
“İş üzrə dediyim kimi yeyintilər olub, amma mənim fikrimcə zərər 143 milyon manat ola bilməz”.
Təqsirləndirilən şəxslər – Cəlal Kazımov, Bayram Bayramov və Vüsal Əlizadə də Rəfail Xələfova pul verdiklərini deyiblər.
Vüsal Əlizadə deyib ki, Rəfail Xələfova 10 min manat verib. Bu faktı etiraf edən Rəfail Xələfov deyib ki, hansısa bayramda Vüsal Əlizadə ona pul verib: “Vüsal Əlizadə pulu stolun üstünə qoydu. Mən də götürdüm. Bunu da idarə rəisinə məruzə etmədim. Bayramda, ad günlərində hədiyyələr verilirdi, bunun məruzə olunması üçün əsas yox idi. İstintaq dövründə həmin vəsaiti də etiraf etdim və ödədim”.
Daha sonra Cəlal Kazımovla Rəfail Xələfov arasında mübahisə yaranıb. Cəlal Kazımov deyib ki, onun tərəfindən pullar Rəfail Xələfova verilsə də, Rəfail Xələfov bunu etiraf etməyib. Bu zaman Cəlal Kazımov onu ittiham edib: “Deyirsiz ki, gəlib etiraf etmirlər, at kimi üzə dururlar. Sizin özünüz də burada at kimi üzə durursuz. Bütün maliyyə xidmətləri rəislərinə tapşırıqları Nizami Məmmədov yox, Rəfail Xələfov verib. Bütün pullar ona verilib. Dəfələrdə aldığı pullardan rəisinin sonradan xəbəri olub. Bunu maliyyə xidmətlərin rəisləri istintaqda da, məhkəmədə də təsdiq edib. Rəfail Xələfov aşağıları da, yuxarıları da aldadıb. Aşağılardan çox pul alıb, yuxarılara az verib”.
Rəfail Xələfov isə Cəlal Kazımovu yalan danışmaqda ittiham edib. Bildirib ki, Cəlal Kazımov baş qərargah rəisi Nəcməddin Sadıkovun otağına sərbəst girib-çıxanlardan biri olub: “Bəziləri at kimi üzümə durur. Nədir, bütün pulları mənimlə Nizami yeyib? Hamı burada pul qazanıb”.
Daha sonra suallar cavab verən Rəfail Xələfov deyib ki, baş verənlərdən Baş Qərargah rəisinin xəbərinin olub-olmamasını bilməyib.
İş üzrə məhkəmə dekabrın 8-də davam edəcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.
Əməliyyat tədbirləri nəticəsində nazirliyin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov, eyni idarənin zabiti Vüsal Əlizadə və cinayət işləri ayrıca icraata görülən digər zabitlər həbs ediliblər. Ümumi cinayət işi üzrə dövlətə dəyən zərər 143 milyon manatdır.
İş üzrə dövlətə dəymiş ziyanın 40 milyon manat təşkil edən hissəsi ödənilib./APA
Bölməyə aid digər xəbərlər

Tarix: 2-12-2023, 18:55 Oxunub: 5
Bölməyə aid digər xəbərlər
8-09-2023, 15:49
Jurnalistlər 100 milyonluq məhkəmə işinə buraxılmadı
29-08-2023, 10:36
General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
15-09-2023, 15:21
Həbsdə olan general dövlətə 18 milyon ziyan vurub - Bu qədər ödəyib...
27-11-2023, 14:30
Daha bir zabit hakim qarşısına çıxarılır - 9 milyonluq mənimsəmə
13-02-2022, 17:20
DTX Müdafiə Nazirliyində əməliyyat keçirdi - Yenilənib