21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Şəmkirdə 43 yaşlı kişi yatdığı yerdə güllələnibmiş

Şəmkirdə 43 yaşlı kişi yatdığı yerdə güllələnibmiş

Ötən ilin 19 oktyabrında Şəmkir rayonunda 43 yaşlı Ruslan Bayramovu güllələyərək qətlə yetrən şəxsin məhkəməsi başa çatıb.

GununNebzi.az
qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən 1990-cı il təvəllüdlü Mustafa Eyyubov Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.3-cu (xuliqanlıq niyyəti və köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham edilib.

Araşdırmalar zamanı məlum olub ki, hadisə R.Bayramovun yaşadığı və əmisinə məxsus olan evdə baş verib. Hər iki şəxs həmin evdə yeyib-içiblər və sərxoş vəziyyətə düşüblər. Bu zaman onların arasında mübahisə yaşanıb. R.Bayramovun spirtli içkinin təsirindən yuxuya getməsini görən Mustafa divarda ona məxsus olan tüfəngi götürərək baş nahiyəsinə atəş açıb. Ağır xəsarətlər alan R.Bayramov hadisə yerində ölüb. Mustafa Eyyubov hadisədən sonra Bakıya qaçıb.

O da məlum olub ki, Mustafa Eyyubov ailəli, 3 uşaq atası, Ruslan Bayramov isə iki uşaq atası olub. Mustafa Eyyubov hadisədən əvvəl Ruslanla birgə ova getmək barədə razılaşdıqlarını və mübahisənin də ona “səriştəsiz ovçu” deyilməsinə görə baş verdiyini bildirib.

Həmçinin Mustafa Eyyubovun əvvəllər bir neçə dəfə oğurluq əməlinə görə məhkum edilməsi məlum olub.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses ötən həftə başa çatıb. Məhkəmə M.Eyyubovu qeyd edilən maddələr üzrə təqsirli bilib. Ona 18 il həbs cəzası verilib.

Tarix: 13-12-2023, 17:49 Oxunub: 4


Bölməyə aid digər xəbərlər