Türkiyədə son günlər həyata keçirilən “Qəfəs-28” əməliyyatı çərçivəsində həbs edilənlər arasında Azərbaycan vətəndaşı da var.
GununNebzi.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat verib.
O bildirib ki, əməliyyat çərçivəsində 18 ölkə tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilən 56 nəfər tutulub: “ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən qırmızı bülletenlə axtarışla olan şəxslərlə bağlı Türkiyənin 11 bölgəsində əməliyyatlar keçirilib. Onlar çirkli pulların yuyulması, immiqrant qaçaqmalçılığı, narkotik ticarəti, rüşvət, insan alveri, oğurluq, dələduzluq və s. cinayət əməllərinə görə axtarışda olub”.
Bölməyə aid digər xəbərlər