21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bakıda piyadanın ayaqlarının amputasiya edilməsi ilə nəticələnən qəzanın təfərrüatı məlum olub - YENİLƏNİB

Bakıda piyadanın ayaqlarının amputasiya edilməsi ilə nəticələnən qəzanın təfərrüatı məlum olub - YENİLƏNİB
Gecə saatlarında Heydər Əliyev prospektində piyadanın ayaqlarının amputasiya edilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.

GununNebzi.az
xəbər verir ki, Bu barədə APA-ya zərərçəkən şəxsin yaxın qohumu Kənan Həsənov məlumat verib.

Onun sözlərinə görə, Xəyyam Məmmədov həmin vaxt ərazidə qazon və ağacları suvarıb:

“Hadisə anında Xəyyam qəza siqnalı yanan, bütün yol qaydalarına uyğun dayanmış iş maşınının arxasında olub. Bu vaxt “Koroğlu” metrosu istiqamətindən yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil onu vurub. Nəticədə Xəyyam Məmmədov “Prius”la iş avtomobilinin arasında sıxılıb qalıb və hər iki ayağı kəsilib. Dərhal sonra Yol Patrul Xidməti hadisə yerinə gəlib və “Prius”un sürücüsünün sərxoş olduğu ortaya çıxıb. Buna baxmayaraq, sürücü öz günahını qətiyyətlə rədd edib”.

Kənan Həsənov qeyd edib ki, zərərçəkmiş hazırda reanimasiyadadır.

14:33

Nərimanov rayonunda avtomobil piyadanı vurub.

GununNebzi.az
APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev prospektində 1991-ci il təvəllüdlü Məmmədov Xəyyam Elbəy oğlunu “Toyota Prius” markalı avtomobil vuraraq eyni istiqamətdə olan eyni markalı maşına sıxışdırıb. Nəticədə piyadanın hər iki ayağı sınıb. O, Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, X.Məmmədovun hər iki ayağı amputasiya edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


Tarix: 3-01-2024, 17:11 Oxunub: 6


Bölməyə aid digər xəbərlər