Bu gün saat 23 radələrində Füzulidə qətl hadisəsi baş verib.
Bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Kürdmahmudlu kəndində 2003-cü il təvəllüdlü Allahverdiyev Azər Cahid oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görür.
***
Hadisə ilə bağlı Füzuli rayon prokurorluğu da məlumat yayıb.
Bildirilib ki, qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.
Belə ki, yanvarın 5-də saat 23 radələrində Füzuli rayonu, Kürmahmudlu kəndi ərazisində 2003-cü il təvəllüdlü Azər Allahverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 2005-ci il təvəllüdlü Nemət Bayramlının aralarında yaranmış mübahisə zamanı Azər Allahverdiyevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Nemət Bayramlı iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
***
Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvvəlüdlü Bayramlı Nemət Təyyar oğlunu saxlayıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Bölməyə aid digər xəbərlər