21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bələdiyyə sədri onların da yerinə qol çəkib pul mənimsədi

Bələdiyyə sədri onların da yerinə qol çəkib pul mənimsədi
Daşkəsən rayonu Əhmədli kənd bələdiyyəsinin sədrinə cinayət işi açılıb.

GununNebzi.az
Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, bələdiyyə sədri Sərvaz Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

S.Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan Əhmədli bələdiyyəsinin adından təkbaşına qərarlar qəbul edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurması, habelə torpaq sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verərək dələduzluq yolu ilə vətəndaşa məxsus pul vəsaitini əla keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Tarix: 12-01-2024, 18:04 Oxunub: 0


Bölməyə aid digər xəbərlər