Naxçıvanda vətəndaşların məlumatlarından qeyri-qanuni şəkildə istifadə edən şəxs məsuliyyətə cəlb edilib.
GununNebzi.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, keçirilən tədbirlərlə “Park AVM” ticarət mərkəzində yerləşən “Güvənli Əmlak” ev alqı-satqı ofisində çoxsaylı vətəndaşlara məxsus anket məlumatları aşkar olunub .
Aparılan araşdırmalar zamanı N.Məmmədovun sığorta şirkətində çalışdığı müddətdə vətəndaşlara onların evlərini sığortalamağı təklif etməklə məlumatlarını əldə etdiyi məlum olub. N.Məmmədov ifadəsində 2000-dən çox şəxsin məlumatlarını bu yollarla əldə etdiyini və ev alqı-satqı işində həmin məlumatlardan istifadə etdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir..
Daxili İşlər Nazirliyi Vətəndaşaları ayıq-sayıq olmağa işbazların şirnikləndirici təkliflərinə inanmamağa və onların qurbanına çevrilməmək üçün bu kimi detallara diqqət etməyə çağırıb.
Bölməyə aid digər xəbərlər