Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Bu barədə DSX-dən məlumat verilib.
Bildirilib ki, yanvarın 19-da saat 04:30-da “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Ömər Tapdıq oğlu Sadıqovun idarə etdiyi “Daf” markalı 99 UL 655 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə birgə baxış zamanı avtomobilin qoşqusunun plomblanmış yük yerində gizli şəkildə dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən Gürcüstan vətəndaşı 1987-ci il təvəllüdlü Lamiyə Məmmədova (Lamia Mamedova) saxlanılıb.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.
Bölməyə aid digər xəbərlər