“Dünəndən Dövlət Gömrük Komitəsi və Daxili İşlər Nazirliyi ilə vəsaitlərin ödənilməsi barədə danışıqlar aparılır. Məndə olan məlumata görə, hər iki qurum tərəfindən artıq işlər yekunlaşıb”.
GununNebzi.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində istismara yararsız vəziyyətdə olan avtomobillərin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.
O qeyd edib ki, avtomobillərin utilizasiyası ilə bağlı proqram təminatına uyğun işə başlanılıb: “Vətəndaşlar bizə müraciət edə və həmçinin özləri də prosesi izləyə biləcəklər. Artıq sentyabr ayının 1-dən etibarən proqram təminatı işə salınacaq”.
O, həmçinin qeyd edib ki, bu proqram könüllülük prinsipi əsasında həyata keçiriləcək: “Vacib məqamlardan biri odur ki, bu fond məqsədli olacaq. Yəni bu fond büdcə tərkibində olan fonddur. Büdcədə də qayda belədir ki, il bitəndən sonra qalıq vəsaitlər büdcəyə köçürülür. Lakin burada belə deyil. Yəni qalıq vəsait növbəti ilə keçəcək və proqram üçün istifadə ediləcək. Bunun üstünlüyü də hesab edirəm ki, budur”
Bölməyə aid digər xəbərlər