“Axtarışa verdiyimiz azərbaycanlı məşqçi Kamil Zeynallının tapılması ilə bağlı Rusiya tərəfindən rəsmi məktub almışıq”.
GununNebzi.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.
O deyib ki, Kamil Zeynallı Ermənistan tərəfindən dövlətlərarası axtarışdadır. Onun barəsində həbs qətimkan tədbiri ilə bağlı qərar dəyişməyib:
“Fevralın 21-də günorta saatlarında Rusiya Federasiyasından rəsmi məktub daxil olub və orada Kamil Zeynallının axtarışı ilə bağlı faktın təsdiqlənməsi xahiş olunub. Cavab olaraq həmin şəxsin dövlətlərarası axtarışda olduğunu dərhal təsdiqlədik”.
O daha sonra bildirib ki, axtarışda olan şəxsin azadlığa buraxılması ilə bağlı məlumatın yayılmasına baxmayaraq, Ermənistan Daxili İşlər Nazirliyi ekstradisiya protokolunda nəzərdə tutulmuş sənədlər paketi hazırlayıb:
“Bu sənədlər Rusiya hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Biz zəruri ekstradisiya tədbirlərinin təşkili ilə məşğuluq”, - Sarkisyan bildirib.
Bölməyə aid digər xəbərlər