02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Hərbi xidmətə yararsızlıqla bağlı bilet vəd etdi - Tutuldu

Hərbi xidmətə yararsızlıqla bağlı bilet vəd etdi - Tutuldu
Hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir.

GununNebzi.az
xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Əsgərov Xəlil Ənvər oğlunun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Xəlil Əsgərovun SHXÇDX-nin Şəmkir rayon şöbəsində işləyən vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək imkanına malik olduğunu bildirməklə hərbi xidmət üzrə çağırışçının xidmətə yararsız olması barədə hərbi biletlə təmin edilməsi, eləcə də həmin şəxsin ölkə hüdudlarını tərk etməsinin məhdudlaşdırılmaması müqabilində tələb etdiyi pul vəsaitinin 5 min 700 manatını qanunsuz olaraq almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Xəlil Əsgərov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. (qafqazinfo)


Tarix: 12-03-2024, 13:47 Oxunub: 0


Bölməyə aid digər xəbərlər