Bakıda qızıl alveri adı ilə vətəndaşlara qarşı dələduzluq edilib.
GununNebzi.az-ın Lent.az-a istinadən məlumatına görə, Əhmədova Gülşən (şərti adla) dələduzluqda təqsirli bilinərək saxlanılıb. O, qızıl alveri etmək adı ilə bir neçə nəfərə yalan vəd verib və onların ümumilikdə 30 min manatdan artıq pulunu ələ keçirib.
Olayın qəribə tərəfi isə Gülşənin dələduzluqla ələ keçirdiyi pulları hara sərf etməsidir. Əldə etdiyimiz məlumata əsasən, qadın uzun müddət ana olmaq arzusunda olsa da, bu baş verməyib. Nəticədə o, cinayət yolu ilə qazandığı həmin pullarla özünün süni mayalanma və digər tibbi xərclərini qarşılayıb.
Həmçinin G. Əhmədova lazer ustası kimi fəaliyyət göstərib.
İş üzrə ümumilikdə 7 nəfər zərərçəkən var.
Məhkəmə tərəfindən onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.
Bölməyə aid digər xəbərlər