21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Vətəndaşların 200 min manatını ələ keçirdi

Vətəndaşların 200 min manatını ələ keçirdi
Mingəçevirdə dələduzluqda şübhəli bilinən şəxs tutulub.

GununNebzi.az
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, Mingəçevir ŞPŞ-nin keçirdiyi tədbirlərlə dələduzluqda şübhəli bilinən, 1985-ci il təvəllüdlü Elşən İsmayılov saxlanılıb.

Bildirilib ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri aldadaraq onlarla şərikli iş quracağına dair yalan vədlər verib. O, ümumilikdə 15 nəfərin etibarından sui-istifadə edərək 200 min manata yaxın maddi vəsait ələ keçirib.

Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs-qətimkan tədbiri seçilib.

Onun əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə ərazi üzrə polis orqanına və ya DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edə bilərlər.


Tarix: 19-03-2024, 12:39 Oxunub: 1


Bölməyə aid digər xəbərlər