Astarada baş verən qəzada bir ailənin 3 üzvü avtomobildə yanaraq ölüb.
GununNebzi.az-ın qafqazinfo -ya istinadən məlumatına görə, dəhşətli qəza axşam saatlarında Ələt-Astara-İran sərhəd avtomobil yolunun 201-ci kilometrliyində Astara rayonun Ərçivan kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Astara rayonun Şiyəkəran kənd sakini 31 yaşlı Elman Mirzəmməd oğlu Əliyevin idarə etdiyi BMW markalı 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətdə olarkən, idarəetməni itirərək yol kənarında dayanan Rusiya vətəndaşı 56 yaşlı Maqammədəmin Abdullaşa məxsus iri tonajlı yük avtomobilinin altına girib.
Zərbənin təsirindən avtomobil alışaraq yanıb.
Qəza nəticəsində sürücü və onun həyat yoldaşı 22 yaşlı Fərqanə ilham qızı Əliyeva, eləcə də onların 3 yaşlı uşaqları Gülxanım Mirzəmməd qızı Əliyeva avtomobildə yanaraq ölüblər.
Dərhal hadisə yerinə FHN-nin Astara rayon yanğından mühafizə xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, FHN-nin Cənub regional mərkəzinin xilas etmə qurumun iki briqadası cəlb olunub.
Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bölməyə aid digər xəbərlər