Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Mehdi Rzayev üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Onun üzərindən bir ədəd “Makarov” markalı tapança, bir ədəd patron darağı, səkkiz ədəd patron və bir kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edilib ki, cari ilin 1-ci rübündə Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı 42 əməliyyat keçiriblər. Qanunsuz dövriyyədən 5 kiloqrama yaxın narkotik vasitə çıxarılıb.
Bölməyə aid digər xəbərlər