İran vətəndaşından alınan və şəhərdə gizlədilən narkotiki gətirməsini oğlunun dostundan xahiş edən qadın saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və ona bilavasitə tabel olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakinləri- Nisə Vəlizadə və Elmar Piri saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, N. Vəlizadə İran vətəndaşı olan Sabir adlı şəxsin göndərdiyi narkotik vasitəni E. Piridən gətirməyi xahiş edib. Sonuncu hələlik istintaqa məlum olmayan qadının şəhər ərazisində gizlətdiyi narkotik vasitəni götürərək Nisə Vəlizadəyə verən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.
Onların üzərinə keçirilən baxış zamanı N. Vəlizadənin əlindəki sellofan torbadan 1 kiloqram 700 qram narkotik vasitə olan heroin və 1 kiloqram 300 qram tiryək aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
Bölməyə aid digər xəbərlər