Bərdə Rayon Məhkəməsinin rüşvət almaqda ittiham olunan sabiq hakimi Elsun Əhmədovun cinayət işi üzrə ibtidai istintaqı tamamlanıb.
GununNebzi.az-ın qafqazinfo -ya məlumatına görə, iş üzrə materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Dadaş İmanovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, E.Əhmədov Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
İttihamda deyilir ki, Elsun Əhmədov hakim vəzifəsində işləyərkən təqsirləndirilən şəxslərdən birinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvündən külli miqdarda pul vəsaitini rüşvət qismində alıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, barəsində istintaq dövrü müddətində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Məhkəmə-Hüquq Şurasının yaydığı məlumata görə, E.Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün 21 dekabr 2023-cü il tarixli qərar ilə onun səlahiyyət müddəti uzadılmayıb.
Bölməyə aid digər xəbərlər